Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycan səfiri Polad Bülbüloğlu ilə görüşündə Cənubi Qafqazdakı vəziyyəti və Bakı ilə İrəvanın barışmasını müzakirə edib .
"Unikal" xəbər verir ki, bu barədə nazirliyin saytında bildirilir.
“Söhbət zamanı Cənubi Qafqazdakı vəziyyət, Bakı ilə İrəvan arasında barışıq prosesi müzakirə olunub”, - məlumatda deyilir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistana müraciət edərək Dağlıq Qarabağ ətrafındakı vəziyyətin nizamlanması üçün təcili tədbirlər görməyə çağırıb. Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, təcili olaraq Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına başlamaq, həmçinin Laçın dəhlizinin blokunu təcili olaraq açmaq və Dağlıq Qarabağda humanitar vəziyyətin yaxşılaşdırılması lazımdır. Rusiya Federasiyasının vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşmaların sülh müqaviləsinin əsasını təşkil etmək təklif olunur