Rusiya Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşıb və yanaşır.
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycan səfiri Polad Bülbüloğlu ilə görüşündə bildirib.
Görüş zaman Cənubi Qafqazdakı vəziyyətin, Bakı ilə İrəvan arasında barışıq prosesinin müzakirə olunduğu qeyd olunub. Rusiya Xarici İşlər Nazirliyinin bu il iyulun 15-də verdiyi bəyanata toxunan Rudenko ölkəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə həmişə hörmətlə yanadığını söyləyib. Onun sözlərinə görə, Rusiya Müttəfiqlik Əməkdaşlığı haqqında ikitərəfli Bəyannamənin ruhuna və hərfinə tam sadiqdir. "Eyni zamanda, bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin hərtərəfli təşviqi, gündəlikdə duran bütün məsələlərin, o cümlədən Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, müstəsna olaraq dinc siyasi və diplomatik üsullarla həll edilməsi vəzifəsini ləğv etmir.
Rusiya tərəfi sülh müqaviləsinin razılaşdırılması mövzusu, ardınca Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçiriləcək sammitində imzalanacaq sözügedən sənədin, razılaşmaların həyata keçirilməsi yollarının müzakirəsi üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu təsdiqləyib",deyə Rusiya XİN-nin Bülbüloğlu-Rudenko görüşü ilə bağlı məlumatında bildirilib