Futbol üzrə İsveç çempionatında 16-cı turun oyunları keçirilir.
"Unikal" xəbər verir ki, Musa Qurbanlının şərəfini qoruduğu “Yurqorden” doğma meydanda “Malmö” ilə qarşılaşıb.
Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Musa Qurbanlı işçi vizasını ala bilmədiyi üçün adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Xallarını 30-a yüksəldən “Yurqorden” 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.