Dünyaca məşhur model Cici Hadid narkotik saxlamaqda ittiham olunur.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, dostu ilə Kayman adalarına istirahətə gedən modelin şəxsi təyyarəsinə baxış zamanı marixuana aşkarlanıb.

Həbs olunan Cici və dostu daha sonra zaminə buraxılıb. Hazırda onların məhkəməyə çıxarılması gözlənilir.