Xalq artisti Afaq Bəşirqızı uzun müddətdən sonra yenidən səhnəyə qayıdıb.
Aktrisa "Unikal"a açıqlamasında bildirdi ki, bu barədə anidən qərar verib.
"O qədər yorğunam ki... Birdən-birə bu tilsimi sındırdım. İstədim, oldu. Artıq 5 ilə keçmişdi ki, səhnədə yox idim", - deyə xalq artisti bildirib.
Qeyd edək ki, dünən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Toya bir gün qalmış" tamaşası oynanılıb. Afaq Bəşirqızı baş rolda çıxış edib.
Ağarza Elçinoğlu
Xalq Artisti Afaq Bəşirqızı illər sonra səhnəyə qayıtdı. pic.twitter.com/EAbQoZvs8c
— Unikal.az (@UnikalOrgPortal) July 20, 2023