“Sadakatsiz” serialındakı rolu ilə böyük pərəstişkar kütləsi toplayan aktyor Burak Sergen 2018-ci ildə boşandığı həyat yoldaşı İşıl Sergenlə problem yaşayır.
“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor 14 yaşlı oğlu üçün liment borcunu ödəyə bilməsə, 3 ay müddətinə həbs olunacaq. Yalçının sözlərinə görə, buna səbəb keçmiş həyat yoldaşının xəsrclərinin artması və onun bunu qarşılaya bilməməsidir:
“Bir ev, 3 maşın, Ankarada anamın evi, ata mülkümün yarısı – bunların hamısını satdım. Övladımın təhsil, idman, tətil xərclərini ödədim. Əvvəl aliment 18 min lirə idi. Hazırda bu xərc 25 minə qalxıb. Tez-tez uşağın məktəbini dəyişir, istədiyi ölkəyə gedir. Hara tətilə gedirsə, xərci mənə gəlir. Bu səbəbdən yığılmış borc səbəbindən məhkəmə qərarı ilə həbsə məhkum edilmişəm. Övladım üçün həbsə gedərəm, amma buna etiraz ərizəsi yazmışam”.
Nuranə Abbasova