"Netflix"də yayımlanan "Zeytin ağacı" filminin ikinci hissəsinə yeni aktyor daxil olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Aytaç Şaşmaz rol alacaq.
O, layihədə "Diyar" obrazına həyat verəcək.
Qeyd edək ki, filmin baş rollarını Tuba Büyüküstün, Murad Boz, Seda Bakan, Boncuk Yılmaz paylaşır.