Əməkdar artist Elza Seyidcahan bacıları haqda suala əsəbiləşib.
"Unikal" xəbər verir ki, "Gül kimi şou"ya qatılan müğənni bacısı Lalə Seyidcahanla küsülü olması və barışması haqda sual ünvanlanıb.
"Verilişdə belə suallar verməyin" deyərək, etirazını bildirən Seyidcahan efirdə nümayiş olunanlar haqqında bunları əlavə edib:
"Heç vaxt heç kimdən küsmürəm. Efirdə olanlara inanmaq düzgün deyil. İstəyərəm ki, bu haqda sual verməyəsiniz. Məndən də cavab gözləməyin".
Qeyd edək ki, E.Seyidcahan və bacısı Lalə Seyidcahan 8 ildir küsülüdür. Onlar bu günlərdə anası Seyidcahan Əhmədovanın ad günündə barışıb.