NATO-nun baş katibi Yens Stoltenberq iyulun 26-da NATO-Ukrayna Şurasının iclasını çağırıb.

Unikal” “DW”ə istinadən xəbər verir ki, bunu NATO nümayəndəsi Oan Lunqesku bildirib.

Onun sözlərinə görə, tərəflər son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq və Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasını müzakirə etmək üçün görüşəcəklər.

O, həmçinin əlavə edib ki, görüş səfirlər səviyyəsində keçiriləcək