Kamerunun Duala şəhərində binanın uçması nəticəsində azı 12 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Frans Press Agentliyi (AFP) məlumat yayıb.

Onların sözlərinə görə, daha beş nəfərin vəziyyəti ağırdır.

AFP-nin məlumatına görə, hadisə şənbədən bazara keçən gecə baş verib. Dördmərtəbəli yaşayış binası yaxınlıqdakı birmərtəbəli binanın üzərinə uçub.

Hadisənin səbəbi barədə bilgi verilməyib.