Sabah Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək. İclasın əsas gündəliyi xarici siyasətdəki inkişaflar olacaq. İqtisadiyyat və daxili siyasətlə bağlı mövzular da dəyərləndiriləcək.

NATO Liderlər Zirvəsi və Ərdoğanın Körfəz turu qiymətləndiriləcək.