Sudanın Port Sudan şəhərində beynəlxalq hava limanında təyyarənin qəzaya uğraması nəticəsində azı 9 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Respublika Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi “Twitter” səhifəsində məlumat yayıb.

“Bu gecə Port Sudan hava limanında nəqliyyat təyyarəsi uçuş zamanı texniki nasazlıq səbəbindən qəzaya uğrayıb, 4-ü hərbçi olmaqla 9 nəfər həlak olub, bir uşaq isə sağ qalıb”, - deyə məlumatda bildirilir.

Əl-Hədas telekanalının hərbi mənbələrə istinadən verdiyi məlumata görə, faciə nəticəsində azı 11 nəfər ölüb, xəsarət alanlar var, xəstəxanaya çatdırılıb.