Türkiyənin məşhur sənətçisi Ferdi Tayfurla aktrisa Necla Nazırın yeganə övladı Tuçe Tayfur keçmiş nişanlısı Burak Kalfanı məhkəməyə verib.
Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, Tuçe keçmiş nişanlısı tərəfindən psixoloji və fiziki zorakılığa məruz qaldığını, təhdid və şantaj edildiyini bildirib.
Haqqında cinayət işi açılan Burak Kalfanın həbsinə və telefonlarının müsadirə edilməsinə qərar verilib.
Tuçe Tayfur da vəkili İsmail Demirci vasitəsilə məhkəməyə müraciət edərək Burak Kalfadan müdafiə olunmasını istəyib.
Məhkəmə, tələbi əsaslı hesab edərək, Burak Kalfanın 2 ay Tuçe Tayfura yaxınlaşmaması və onu narahat etməməsinə qərar verib.
Nuranə Abbasova