İngiltərədə bir kişi bank işçiləri ilə danışarkən ölmüş anasının səsini təqlid edərək atasının bank hesabından 70 min dollar oğurlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Oddity Central" məlumat yayıb.
42 yaşlı Daniel Cuthbert anasının ölümündən bir neçə ay sonra valideynlərinin hesabının olduğu banka zəng edib. O, ölən anasının səsini təqlid edərək, hətta bütün nəzarət suallarını düzgün cavablandırıb ki, bu da bank işçilərinin aldadıla biləcəklərinə şübhə etməyib.
Beləliklə, britaniyalı atasının bütün əmanətlərini mənimsəyib və əlavə olaraq daha bir neçə kredit götürüb.
Hesabı yoxlayandan sonra atası pulun olmadığını aşkar edib. Kişi bunun fırıldaqçıların işi olduğunu başa düşüb, lakin bu fırıldaqçının onun oğlu olduğunu ağlına belə gətirə bilməyib.
Qısa zamanda Daniel dələduzluqda təqsirli bilinib və məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.