Bu yaxınlarda Şahzadə Harri və Meqan Marklın ayrılması ilə bağlı xəbərlər yayılıb. Şahzadənin ailəsində tez-tez mübahisələrin yaranması ilə bağlı şayiələr uzun müddətdir ki, mövcuddur.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniya nəşrləri məlumat yayıb. Bildirilir ki, fikir ayrılığına görə cütlük boşanmaq qərarına gəlib.

Belə ki, ailələrinə yaxın mənbələr Harri və Meqan arasındakı fikir ayrılığının əsas səbəbi kimi maddi çətinlikləri adlandırıblar. Cütlük ABŞ-da 14 milyon dollarlıq malikanədə dəbdəbəli həyat tərzi sürür və özlərini fanatların və jurnalistlərin diqqətindən qorumaq üçün cangüdənlərə külli miqdarda pul xərcləyirlər. Şahzadə Harri və Marklın maliyyə problemləri "Spotify striminq" xidməti ilə müqavilənin ləğvindən sonra artıb.

Şahzadə Bukingem Sarayına qayıtmağı ciddi şəkildə düşünür. Hətta həyat yoldaşına birlikdə Londona qayıtmağı təklif etsə də, Meqan bunu istəməyib. 

Marklın artıq boşanmaq üçün məhkəməyə müraciət etdiyi barədə də şayiələr var. O, uşaqların qəyyumluğunu və Şahzadə Harridən 80 milyon dollar tələb edir. Cütlük bu məlumatı təkzib edib.