Kaliforniyada San Qabriel dağlarında itkin düşmüş Hollivud ulduzu Culian Sendsin 6 ay sonra cəsədi tapılıb. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, aktyorun cəsədinin tanınmaz hala düşməsi ölüm səbəbini öyrənmək üçün tibbi ekspertizanı çətinləşdirir. 

65 yaşlı aktyor bu ilin yanvarında gəzintiyə çıxdıqdan sonra itkin düşüb. Onun axtarışlarına əyalət polisi, PUA-lar və helikopterlər cəlb olunub.

Axtarışlara ümumilikdə 500 saat vaxt sərf olunub. 

Nuranə Ababsova