Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində yeni tibb müəssisəsi yaradılıb.

"Unikal" xəbər verir ki, yeni yaradılan tibb müəssisəsi Naxçıvan Muxtar Respublikasının QİÇS-lə Mübarizə Mərkəzidir.

Qurum Naxçıvanda QİÇS-lə mübarizə sahəsində, QİÇS-lə müalicənin əlçatanlığını və fasiləsiz təmin edilməsini nəzərə alaraq İİV-ə yoluxma hallarının azalması istiqamətində işlər aparacaq.

Eləcə də mərkəz QİÇS-ə yoluxmuş şəxslərin müalicəsini düzgün həyata keçirmək, İİV-lə yaşayan insanlara qarşı ayrıseçkilik hallarının qarşısının alınması üçün hər cür şəraitin yaradılması, QİÇS-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və digər dəstəyin göstərilməsi məqsədilə yaradılıb.