Rejissor Qreta Qerviqin çəkdiyi "Barbi" filmi qısa zaman ərzində rekord məbləğdə gəlir əldə edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ekran əsəri 155 milyon dollar gəlir qazanıb.
Bu, kino tarixində qadın rejissorun çəkdiyi ən çox gəlir gətirən layihə olub.
Bundan əvvəl isə rekord rejissorlar Anna Boden və Rayan Flekin çəkdiyi “Kapitan Marvel” filminə aid idi. Ekran işi 153 milyon dollar gəlir əldə etmişdi.
Qeyd edək ki, ekran işində baş rolları Marqo Robbi və Rayan Qoslinq canlandırıb.