Rusiyanın Baş Prokurorluğu model Viktoriya Bonyanı qadağan olunmuş maddələrin təbliğatına görə yoxlayacaq.
"Unikal" xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəsmi nümayəndəsi Elena Krayt Baş Prokurorluğa Viktoriya Bonyanı qadağan olunmuş maddələrin reklamına görə yoxlamaq xahişi ilə müraciət edib.
Söhbət bloqqerin çoxmilyonluq auditoriyasına fəal şəkildə təklif etdiyi bitkilərdən hazırlanmış reklamından gedir. O iddia edir ki, Amazon hövzəsinin halüsinogen bitkilərindən hazırlanmış həlim dünyanın sirlərini öyrənməyə və insandakı fövqəlgücü üzə çıxarmağa kömək edir.
Krayt tələb edir ki, Boyna nəinki yoxlanılsın, həm də onun cəzalandırılması ilə bağlı qərar qəbul edilsin. İçki ilə bağlı istənilən reklam və onun haqqında hər hansı qeydlər bloggerin sosial şəbəkələrindən silinsin.