Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası Ermənistan-Azərbaycan probleminin həllinə töhfə vermir".

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

"Əlbəttə, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hər hansı töhfədən söhbət gedə bilməz. Təbii ki, missiya sərhəddə qarşıdurmaların qarşısının alınması vasitəsinə çevrilməyib. Bütün bunlar bizim qiymətləndirməmizi təsdiqləyir ki, nizamlanmanın əsas mexanizmlərindən biri Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə ikitərəfli komissiyanın işi olmalıdır", - deyə Zaxarova qeyd edib. 

Onun sözlərinə görə, Moskva komissiyanın iyulun 12-də baş tutan dördüncü iclasını alqışlayır və tərəflərə məsləhətçi yardım göstərməyə hazırdır.

Ağarza Elçinoğlu