London məhkəməsində münsiflər heyəti təcavüzdə ittiham olunan "Oskar" mükafatlı məşhur amerikalı aktyor Kevin Speysini təqsirli bilməyib.
"Unikal" xarici mətəbuata istinadən xəbər verir ki, məhkəmə dörd kişiyə qarşı doqquz təqib faktı üzrə aktyora bəraət verib.
Münsiflər heyəti qərara gəlməzdən əvvəl 12 saatdan çox müzakirə edib.
Kevin Speysi qərara emosional reaksiya verib. Bütün ittihamlara görə bəraət aldığını eşidən aktyor göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, K.Speysi beş həmcinsinə qarşı cinsi zorakılıqda ittiham olunurdu.