Şimali Koreya lideri Kim Çen In Pxenyanda Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi Rusiya hərbi nümayəndə heyəti ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. 

Görüşün Rusiya ilə KXDR arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyi vurğulanır. Məlumata görə, Rusiya Müdafiə Nazirliyinin rəhbəri Kim Çen Ina Rusiya prezidenti Vladimir Putinin şəxsi mesajını təqdim edib. Qeyd olunur ki, Kim Çen In çatdırılan mesaja görə təşəkkür edib. Həmçinin, Şoyqu və Kim Çen In arasında hədiyyələr mübadiləsi aparılıb.

Gülayə  Mecid