Türkiyədə Polis Akamdemiyasının məzun gecəsi keçirilib. 

"Unikal"  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb.

Türkiyə lideri məzun gecəsində tələbələrə diplomlarını təqdim edib. Belə ki, akademiyanı birinciliklə bitirən azərbaycanlı tələbə Sərxan Oruclu ilə Ərdoğan arasında maraqlı dialoq baş tutub:

Ərdoğan: Nə vaxt ölkənə qayıdacaqsan?

Oruclu: Ayın 29-da gedəcəyəm.

Ərdoğan: Qardaşım İlham Əliyevə salam söylə.

Oruclu: Oldu.

Ərdoğan: Söz verirsənmi, salam söyləyəcəksən?

Oruclu: Söz verirəm, sağ olun.

Gülayə  Mecid