ABŞ-ın Florida ştatında 16 yaşlı qız anası ilə mübahisə etdikdən sonra hoteli yandırıb.

"Unikal" xəbər verir ki,  mübahisədən sonra anasına əsəbiləşən İzabella 9 mərtəbəli hoteli yandırmaq qərarına gəlib.  

Yanğını görən hotel işçiləri qısa zamanda polisə və  aidiyyatı qurumlara məlumat veriblər.  Yanğın söndürülüb.  16 yaşlı İzabella isə  polis tərəfindən saxlanılıb.Hotelə  dəyən zərərin 200 min dollardan çox olduğu bildirilib.  

Seymur Əli