Qərb ölkələri Rusiya taxıl və gübrələrin tədarükünə mane olur, həmçinin Rusiya Federasiyasını qlobal ərzaq bazarında mövcud böhran vəziyyətində ikiüzlülüklə ittiham edir.

"Unikal" xəbər verir ki,  bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika sammiti zamanı çıxışında deyib. 

“Bu yanaşma xüsusilə BMT Katibliyinin iştirakı ilə bağlanmış qondarma taxıl sazişinin həyata keçirilməsində özünü açıq şəkildə büruzə verdi”, - Rusiya lideri bildirib.

O, ilkin taxıl müqaviləsinin qlobal ərzaq təhlükəsizliyini təmin etmək, aclıq təhlükəsini azaltmaq və Afrika da daxil olmaqla ən yoxsul ölkələrə kömək etmək məqsədi daşıdığını açıqlayıb.

Gülayə Mecid