İspaniya polisi Kral Futbol Federasiyası səviyyəsində danışılmış oyunların təşkili ilə bağlı cinayətkar qruplaşmanın qarşısını alıb.
"Unikal" xəbər verir ki, İspaniya polisinin məlumatına görə, təhqiqatda Avropa Polis Agentliyi və ölkənin Peşəkar Futbol Liqası da iştirak edib.
Görülən tədbirlər nəticəsində Kral Futbol Federasiyasının üçüncü divizionu komandasının oyunçuları da daxil olmaqla, 17 nəfər saxlanılıb.
Onlar cinayətkar təşkilatlarda iştirakda, idman sahəsində fiziki şəxslərlə korrupsiya əlaqələrində, dələduzluqda, çirkli pulların yuyulmasında və saxta sənədlərin hazırlanmasında şübhəli bilinirlər.