Altı ayda dünyada təbii fəlakətlərdən dəyən ziyan 110 milyard dollar təşkil edib.
"Unikal"
xəbər verir ki, Almaniyanın sığorta şirkəti Munich Re-nin açıqlamasında bu rəqəm 2022-ci ilin eyni dövrü üçün qeydə alınandan azdır.

İlin birinci yarısında ən dağıdıcı təbii fəlakət Türkiyə-Suriya sərhədində baş vermiş zəlzələ olub. 58 min insanın həyatına son qoyub. Zərər 40 milyard dollar təşkil edib. Zərərlərə görə ikinci yerdə ABŞ-dakı tornadolar və güclü yağışlar (35 milyard dollar) gəlir.

Şirkətin materiallarında qeyd olunur ki, zədələnmiş bütün əmlakın 40%-dən az hissəsi sığortalanıb.