Astroloqların inancına görə, hər bir bürcün seçilən geyim rənglərinə görə artan gəliri olur.
“Unikal” xarici KİV-ə istinadən bürcləri və onlara gəlir gətirən rənglərini təqdim edir:
Qoç – öz təmkini ilə seçilən bu bürcün nümayəndələrinin şans rəngi qara, qəhvəyi və ya boz olur.
Buğa – dəbdəbə həvəskarı olan bu bürcün nümayəndələri tünd qırmızı və ya zoğalı rəngə üstünlük verməlidirlər.
Əkizlər - parıltıya meyilli bu bürcün nümayəndələrinin qarderobunda qızıl-zinət əşyası və zümrüd rəngli geyimlər olmalıdır.
Xərçəng – uğuru hər zaman özlərinə cəlb edən bu bürc alltında doğulanlar tünd yaşıl və xaki rəngli geyimlərə üstünlük versinlər.
Şir - bu bürcə gəlir gətirən rəng isə yaşıldır.
Qız - mühafizəkar qız bürcü altında doğulanlar cəsarətli olmaq və hər hansı işdə uğur qazanmaq istəyirlərsə, sarı rəngdən istifadə etsinlər.
Tərəzi – narıncı tərəzilərin uğur rəngidir. Sapfir, kəhrəba, topaz daşları da ideal seçimdir.
Əqrəb – gəlirinizi artırmaq və yaradıcı potensialınızı üzə çıxarmaq üçün bənövşəyi rəngdən istifadə edin.
Oxatan – qızıl-zinət əşyalarına meyilli olan bu bürcün nümayəndələrinə boz və gümüşü rənglər uğur və gəlir gətirir.
Oğlaq - ağ rəng bu bürcün nümayəndələrinə işdə uğur qazanmağa kömək edir.
Dolça – bu bürc altında doğulanların ideal rəngi mavidir.
Balıqlar – xəyalpərəst balıqlar üçün qazanc gətirən rəng çəhrayıdır.
Nuranə Abbasova