Məşhur türkiyəli müğənni və aktyor Kutsi məhkəmə qarşısına çıxıb.
"Unikal" xəbər verir ki, buna səbəb onun İstanbulda 10 min Türkiyə lirəsinə kirayə götürdüyü evin bir neçə aylıq kirayəsini ödəməməsi olub.
Ev sahibi borcu olan Kutsinin kirayə müqaviləsinə xitam verilməsini və onun evdən çıxarılmasını tələb edib.