Sentyabrın 18-də keçirilməsi planlaşdırılan “Emmy” mükafatlarının 75-ci təqdimat mərasimi təxirə salınıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Televiziya Akademiyası məlumat yayıb.
Buna səbəb aktyor və ssenaristlərin tətil etmələridir.
Qeyd olunub ki, mükafatlandırma mərasiminin gələn ilin yanvar ayında təşkil olunacağı gözlənilir. Daha dəqiq vaxt isə tətilin gedişatından asılı olacaq.