"Qadın yıxan evi heç fələk də yıxa bilməz. Bunu hər zaman deyirəm. Tarixən də belə olub. Hər zaman deyirəm ki, özünüzü səliqəsiz, mələk üzlü, şeytan cildinə olan qadınlardan qoruyun. Görə-görə gəlirik".
"Unikal" xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Özəl" proqramında deyib. Qadınlardan danışan ifaçı onlara səslənib.
Kərimova anasının onu tənqid etməsindən də söz açıb:
"İllər keçdikcə özümlə qürur duydum ki, təhsil almışam. Savadlı müğənni olmaq gözəldir. Anam mənim ifaçı olmağıma çox ciddi yanaşıb. Anamın danlamasından yorulmuşdum. İndi baxıb deyəcək ki, çox gileylənirsən. Amma məni üzüyümün qaşına qədər danlayırdı. Saçını belə dara, bunu bu cür et. Baxıb bezirdim. Amma xasiyyətim elə idi ki, anam məni məcbur etməsəydi, bu hala gəlib çıxmazdım".