“Geyşanın xatirələri”, “Əyilən pələng”, “Gizli əjdaha” və “Hər yerdə, bir anda” filmləri ilə tanınan malayziyalı 60 yaşlı aktrisa Mişel Yeo 19 illik nişandan sonra ailə qurub.
“Unikal” xarici mediaya istinadən xəbər verir ki, aktrisa Beynəlxalq Avtomobil Federasiyasının prezidenti və Formula 1 Ferrari komandasının keçmiş rəhbəri olan 77 yaşlı məşhur iş adamı Jan Todtla evlənib.
Cütlük 2019-cu ildən yaşadıqları Cenevrədə toy edib.
2014-cü ildən Şanxayda tanış olan Mişel və Jan toy dəvətnamələrini də maraqlı şəkildə hazırlayıb.
“6 min 922 gün sonra ailəmizin və sevdiyimiz dostlarımızın əhatəsində evlənirik. Bu gözəl anı sizlərlə paylaşdığımız üçün xoşbəxtik”.
Nuranə Abbasova