"Qardaş Azərbaycanla KAAN milli döyüş təyyarəsi ilə bağlı imzalanmış protokolu iki ölkə arasında yeni həmrəylik əlaməti hesab edirik". 

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 16-cı Beynəlxalq Müdafiə Sənayesi İDEF-23 Sərgisinin bağlanış mərasimində çıxışı zamanı deyib.

Xatırladaq ki, Azərbaycan və Türkiyə İstanbulda keçirilən IDEF-2023 beynəlxalq müdafiə sənayesi sərgisində beşinci nəsil KAAN qırıcısının hazırlanmasında əməkdaşlıq etmək barədə razılığa gəliblər. 

Müqavilə çərçivəsində Azərbaycan 200-ə yaxın gənci Türkiyəyə bu layihədə iştirak etmək üçün göndərəcək ki, onun da məqsədi müvafiq mühəndis kadrların hazırlanmasıdır.

Ağarza Elçinoğlu