UEFA "Yuventus"u növbəti mövsüm üçün avrokuboklardan kənarlaşdırıb.
"Unikal"
xəbər verir ki, Turin klubu Konfrans Liqasında iştirak etməyəcək və 10 milyon avro cərimə ödəyəcək.

Birliyin saytında yer alan məlumata görə, buna səbəb komandanın maliyyə feyr-pley qaydalarını pozmasıdır.

Bundan başqa, eyni cəza İngiltərənin “Çelsi”sinə də verilib.

İyulun əvvəlində media "Yuventus" rəhbərliyinin UEFA ilə müqavilə bağladığını, buna əsasən klubun bir il müddətinə avrokuboklardan kənarlaşdırılacağını və bu qərardan apellyasiya şikayəti vermək hüququndan imtina etdiyini yazmışdı.

2022-ci ilin noyabrında məlum olub ki, komanda rəhbərliyindən bir neçə nəfər son üç mövsümdə 50 milyon avro məbləğində saxta maliyyə hesabatları hazırlamaqda şübhəli bilinir. Yanvar ayında məhkəmə "Yuventus"dan 15 xal geri götürdü, lakin İtaliya Olimpiya Komitəsinin İdmanda Zəmanətlər Kollegiyası apreldə işi yeni məhkəmə baxışına göndərdi və xallar müvəqqəti olaraq kluba qaytarıldı. Nəticədə mayın 22-də “Yuventus”dan 10 xalın silinməsinə qərar verilib.

Nəticədə klub mövsümü yeddinci pillədə başa vuraraq üçüncü ən vacib avrokubok turniri - Konfrans Liqası zonasına daxil olub.