Qətər Ukraynada humanitar böhranın aradan qaldırılması üçün 100 milyon dollar, həmçinin Afrika ölkələrini ərzaqla təmin etmək üçün 20 milyon dollar ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə Qətərin baş naziri Muhammed bin Abdulrahman Al-Tani ukraynalı həmkarı Denis Şmıqalla Kiyevdə birgə keçirdikləri mətbuat konfransında bildirlib.

"Dövlətimizin başçısı baş verən böhranın aradan qaldırılması üçün vəsait ayırmağa hazırdır və artıq 100 milyon dollar ayırıb. Bu vəsaitin dağıdılan infrastrukturun bərpası və zərər görən bölgələrdə əhalinin şirin və içməli su ilə təmin olunmasına sərf olunacağı gözlənilir", - deyə baş nazir əlavə edib.