Tanınmış amerikalı yazıçı, jurnalist Tomas Qolts (Thomas Goltz) vəfat edib.
"Unikal" xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, T.Qolts 1954-cü il oktyabrın 11-də Yaponiyada anadan olub. O, 15 il müddətində Türkiyə və postsovet ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olub. Bu müddət ərzində Tomas Qoltz yazdığı kitablarda "qaynar" nöqtələrdə baş verən hadisələri təsvir edib. 1998-ci ildə işıq üzü görən "Azərbaycan gündəliyi" kitabında Xocalı faciəsi, "Çeçenistan gündəliyi"ndə birinci Çeçenistan müharibəsindən, "Gürcüstan gündəliyində" isə gürcü-abxaz münaqişəsi haqda bəhs olunur.
O, bir çox dillərdə, o cümlədən türk, Azərbaycan, alman, rus, ərəb, fars dillərində sərbəst danışırdı.