Pakistanın Xayber-Paxtunxva əyalətində “İslam Alimləri Assambleyası” partiyasının konqresində kamikadzenin törətdiyi partlayışda ölənlərin sayı 44 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Hayber-Paxtunxva əyalətinin səhiyyə naziri Riaz Ənvara məlumat yayıb.

Onun sözlərinə terror aktı nəticəsində 100-dən çox şəxs yaralanıb: “Terrorçu səhnənin bilavasitə yaxınlığında özünü partladıb”.

Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və günahkarların müəyyən edilməsi barədə göstəriş verib.

19:22

Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında yerləşən Bajaur rayonunda keçirilən mitinq zamanı partlayış baş verib.

"Unikal" xəbər verir ki, partlayış nəticəsində azı 35 nəfər həlak olub.

Məlumata görə, 200-ə yaxın şəxs yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Həlak olanların sayının artacağı istisna edilmir.

Kamikadze hücumun kim tərəfindən həyata keçirildiyi məlum deyil.