Amerikalı milyarder İlon Mask bu yaxınlarda özünün “Twitter” şirkətinin ofisində eyniadlı sosial şəbəkənin rebrendinqini vurğuayan nəhəng “X” loqosunu quraşdırıb.

"Unikal" xəbər verir ki, loqo yerli qanunları pozur.

San-Fransisko qanunlarına görə, “Twitter” şirkətinin yerləşdiyi binaya loqo quraşdırmadan əvvəl müvafiq icazə almaq lazımdır.

“Bu işarənin quraşdırılması üçün müvafiq plan və onun təsdiqi tələb olunur. Şəhər administrasiyası məsələdən şikayət edir və araşdırmaya başlayır”, - San Fransisko Tikintinin Təftişi Departamenti bildirib.

Qeyd edək ki, bugünlərdə Mask “Twitter” sosial şəbəkəsinin rebrendinqini elan edib. O, mavi quş loqosunu “X” hərfi ilə əvəzləyib.