Kiyev gələn həftə ABŞ-la təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara başlandığını elan edib.

"Unikal" xəbər verir ki, onlar “konkret və uzunmüddətli öhdəliklər olacaq, söhbət müdafiə və maliyyə dəstəyindən, eləcə də sanksiyalardan gedir”.

Bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak məlumat verib.

“Ukrayna gələn həftədən ABŞ-la təhlükəsizlik zəmanətlərinin verilməsinə dair ikitərəfli saziş üzrə danışıqlara başlayacaq. Bu zəmanətlər Ukraynanın təhlükəsizliyin ən etibarlı qarantiyası olan NATO-ya daxil olana qədər qüvvədə olacaq”, – o, sosial şəbəkələrdə yazıb.

Yermak həmçinin avqustun əvvəlində Səudiyyə Ərəbistanında keçiriləcək sülh sammitinə hazırlığı təsdiqləyib.