Dünyaca məşhur reper Kardi B səhnədəki hərəkəti ilə diqqət çəkib.  

"Unikal" xəbr verir ki, reper səhnədə olarkən tamaşaçılardan biri onun üzərinə spirtli içki  atıb.  Bundan sonra Kardi B əlindəki mikrofonu dinləyicisinin üzərinə atdığı görünüb.

Konsertdə olan digər tamaşaçılar və mühafizəçilər şoka düşüblər. Sosial mediada paylaşılan görüntülərdə məşhur reperin hərəkəti gündəm olub.