Braziliya qəbiristanlıqdakı dəhşətdən danışır. Belə ki, ötən il qətlə yetirilən qadının başı məzarından oğurlanıb.  

"Unikal" xəbər verir ki, hadisə ölkənin Rio-de-Janeyro şəhərində  baş verib.  

Şəhərdəki qəbiristanlıqda baş verən hadisəni araşdıran cinayət eksperti Fábio Barbosa Teixeira yerli mediaya açıqlama verib. Onun sözlərinə görə,  naməlum şəxs  məzarı qazaraq, meyitin başını oğurlayıb. Onun yerinə isə saxsı qab qoyub.  

Ekspert bildirir ki, naməlum şəxs cadu etmək üçün meyitin başını oğurlayıb. Hazırda araşdırmalar aparılır.  

Dəhşətlisi budur ki,  məzarın sahibi 31 yaşlı Sabrina Tavares de Almeyda ötən ilin avqustunda evində yatarkən başından silahla vurulub. 

Gülayə Mecid