Rusiyalı müğənni Natalinin həyat yoldaşı, prodüser Aleksandr Rudin koronavirusdan dünyasını dəyişib. 

“Unikal” TASS-a istinadən xəbər verir ki, prodüser koronavirus infeksiyasından sonra ağırlaşmalar səbəbindən vəfat edib. Bu barədə Natali açıqlamasında Aleksandrın iki il mübarizədən sonra koronavirusdan öldüyünü deyib. 

Eyni zamanda, “Mash Telegram” kanalının təsdiqlənməmiş versiyasına görə, Rudin Moskvada intihar edib. Onun meyiti evinin pəncərəsində tapılıb. Məlumata görə, o, koronavirus səbəbiylə depressiyadan əziyyət çəkib.

Aleksandrın atası da 2 həftə əvvəl dünyasını dəyişib. 

Nuranə Abbasova