Kanadada içində 6 nəfərin olduğu tək mühərrikli Piper PA-32 sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə Kanada Kral Atlı Polisi (RCMP) açıqlayıb. 

Məlumata görə, Kalqari şəhərinin qərbindəki dağlıq ərazidə yerləşən Kananaskisdə qəzaya uğrayan təyyarənin bütün sərnişinləri ölüb. 

Kanada Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırma aparır. 

Ağarza Elçinoğlu