"Vaqner" muzdluların işə götürülməsini dayandırıb və döyüşçülərin əksəriyyətini məzuniyyətə göndərib. 

"Unikal" xəbər verir ki, bu barədə "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib. 

"Kadr çatışmazlığı yaşamadıqca, yeni işə qəbul etməyi planlaşdırmırıq. Döyüşçülərimizin çoxu məzuniyyətdədir, ona görə ki, bundan əvvəl çox gərgin iş var idi", - deyə Priqojin qeyd edib. 

Ağarza Elçinoğlu