İrəvanın birinci instansiya məhkəməsi iş adamı Armen Petrosyanla bağlı həbs qərarı çıxarıb.

"Unikal" "Hraparak" nəşrinə istinadən xəbər  verir ki,  A.P.  Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və onun oğlu, Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyana qarşı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.

Məlumata görə, biznesmenə iki ay müddətinə həbs edilib.

Qeyd edək ki, Smbatyanın atası və oğlu iyulun 29-da dələduzluqda şübhəli bilinərək saxlanılıb. Onlar dövlətə 966 milyon dram (2,5 milyon dollar) məbləğində maddi ziyan vurmaqda ittiham olunurlar.

Gülayə  Mecid