Tatarıstanın paytaxtı Kazanda hərbi komissarlığın binasını yandırmağa cəhd edən təqaüdçü saxlanılıb.

“Unikal” xəbər verir ki, bu barədə “Baza Telegram” kanalı məlumat yayıb.

62 yaşlı qadın binaya yaxınlaşaraq özü ilə gətirdiyi benzini fasadın üstünə tökərək yandırıb. İctimai əmlaka dəymiş ziyanın həcmi hələlik məlum deyil.

Yanğın törədən şəxs bildirib ki, onun qızı "polis" tərəfindən saxlanılıb və qadın təxribat törətməyəcəyi təqdirdə qızına ziyan vuracaqları deyilib.

Hazırda saxlanılan şəxs barəsində cinayət işi açılıb. O, zaminə buraxılıb.