Missuri Universitetindən (ABŞ) olan virusoloqlar qrupu İndoneziyadan olan bir xəstədə pandemiya tarixində Covid-19-un ən mutasiyaya uğramış variantını tapıb.

“Unikal” “DailyMail”ə istinadən xəbər verir ki, bu delta variantında 113 mutasiya var ki, bu da omikrondakı mutasiyaların sayından iki dəfə çoxdur. 

Ehtimal olunur ki, virusda olan mutasiyalara infeksiyanın xroniki gedişi səbəb olub. Bu vəziyyətdə xəstə bir neçə həftə ərzində virusu məğlub etmək əvəzinə, uzun müddət davam edən infeksiyadan əziyyət çəkir. Bu xroniki infeksiyalar adətən immun sistemi zəif olan xəstələrdə baş verir.

Alimlərin fikrincə, bu, yeni xəstələnmə dalğasına səbəb olacaq. Bununla belə, tapılan variant yalnız bir xəstədə olub, ona görə də bu ştammın daha da yayılmaq və başqa insanlara yoluxdurmaq potensialının olub-olmadığı hələ aydın deyil.

Nuranə Abbasova