Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.

"Unikal" xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2 747 xal) ötən ayla müqayisədə 1 pillə irəliləyərək, 13-cü sırada qərarlaşıb.

Maraqlıdır ki, ölkənin digər tanınmış qrossmeysteri Teymur Rəcəbov ümumiyyətlə reytinqdə yer almayıb. Onun hansı səbəbdən siyahıdan çıxarılması bəlli deyil.