Azərbaycanın yunan-Roma güləşçisi Yusif Əhmədli Türkiyənin İstanbul şəhərində start götürən U-17 dünya çempionatında finala yüksəlib.
"Unikal" xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda özbəkistanlı İslambek Kərimcanova 12:4 hesabı ilə qalib gəlib. Həlledici görüşdə onun rəqibi Zaur Beslekoyev (AİN) olacaq.
48 kiloqramda çıxış edən Elnar Ziyadov və 80 kiloqramda mübarizə aparan Elmin Əliyev isə bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaqlar. Onlar müvafiq olaraq, Maksim Bradyak (AİN) / Haruka Şiina (Yaponiya) cütünün qalibi və Erik Matevosyan (Ermənistan) ilə qarşılaşacaqlar.
Qeyd edək ki, dünya çempionatı avqustun 6-dək davam edəcək.