Türkiyə “Konyaspor”unun qapıçısı İbrahim Şehiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
"Unikal" xəbər verir ki, klubun rəsmi saytında verilən məlumata görə, Bosniya və Herseqovinadan olan qolkiper bu ölkənin “Əl-Halic” komandasına keçib.
35 yaşlı oyunçu tezliklə Seyhət şəhərinin təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, İbrahim Şehiç 2015 - 2018-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, “Konyaspor”da 2020-ci ilin yayından çıxış edirdi.